Showing 1-20 of 227 items.

Ta, Sin, Mim!

Bunlar (haqqı batildən ayıran, mö’cüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir.

(Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən?)

Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.

Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.

Onlar (Qur’anı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Qur’anın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün mə’yus olacaqlar).

Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi?

Şübhəsiz ki, bunda (Qur’anı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər.

Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)

(Ya Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: “Get o zalım tayfanın yanına –

Fir’on tayfasının yanına (və onlara de ki, Məni qoyub başqalarına ibadət etməkdən, İsrail övladlarına əziyyət verməkdən) məgər qorxmurlar?”

(Musa) dedi: “Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram!

Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et!)

(Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram”.

(Allah) buyurdu: “Xeyr! (Fir’on səni əsla öldürə bilməz!) Hər ikiniz mö’cüzələrinizlə (Fir’onun yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə (Fir’on tayfasının nə dediyini) eşidəcəyik!

Fir’onun yanına gedib belə deyin: “Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik!

İsrail oğullarını bizimlə birlikdə (Şama) göndər!” (onlara əzab-əziyyət vermə!)

(Musa Harunla Fir’onun yanına gedib bu sözləri deyəndən sonra Fir’on onu tanıyıb) dedi: “Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı?

Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!”

(Musa) dedi: “Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bəxş edilməmiş, Tövrat nazil olmamışdı).