Showing 1-20 of 78 items.

Rəhman! (Mərhəmətli olan Allah!)

(Öz peyğəmbərinə) Qur’anı öyrətdi.

İnsanı yaratdı.

Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi.

Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər).

Otlar da, ağaclar da (Allaha) səcdə edər!

Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!

Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz).

Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!)

Yeri də (bütün) məxluqat üçün O döşədi.

Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları;

(Yaşıl ikən yarpar, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır.

(Ey cinlər, ey insanlar!) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!

İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı.

(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.

Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!

İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur.

Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!

(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı).

Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar).