Showing 1-20 of 52 items.

Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki,

Sən (ya Rəsulum!) Rəbbinin ne’məti sayəsində divanə deyisən!

Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!

Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!

(Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər,

Hansınızın divanə olduğunu!

Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!

Elə isə (ya Peyğəmbər! Allahın ayələrini) yalan sayanlara itaət etmə!

(Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət etsinlər!)

(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa;

Qeybət edənə, söz gəzdirənə;

Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana;

Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya -

O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə!

Ayələrimiz ona oxunduğu zaman o: “(Bunlar) qədimlərin əfsanələridir!” – dedi.

Biz (tezliklə) onun burnuna damğa basacağıq!

Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər.

Və heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər).

Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi.

Və o (yanıb) qapqara qaraldı (külə döndü).