Showing 1-20 of 56 items.

Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)!

Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!

Öz Rəbbini uca tut!

Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)

(Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)

(Etdiyin yaxşılığı) çox bilib başa qalxma! (Heç kəsə minnət qoyma!)

Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün çətinliklərə) səbr et!

Elə ki, sur çalındı,

O gün çox ağır bir gün olacaqdır;

(O gün) kafirlər üçün asan olmayacaqdır!

(Ya Peyğəmbər!) Məni Öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn Müğirə kimi kafirin cəzasını yalnız Mənə tapşır!)

Mən ona bollu mal-dövlət əta etdim;

Yanında hazır duran oğullar (verdim);

Ona (hər şeyi) artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına döşədim).

(Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir.

Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu.

Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!

O (Qur’an barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi.

Ölüm olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz dedi).

Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!